Loading...
Language: Azerbaijani
Peyğəmbər (s.a.s) yatağına girərkən belə deyərdi:
اَلْحَمْدُ لِلَّهِ الَّذِى كَفَانِى وَآوَانِى وَأَطْعَمَنِى وَسَقَانِى وَالَّذِى مَنَّ عَلَىَّ فَأَفْضَلَ وَالَّذِى أَعْطَانِى فَأَجْزَلَ اَلْحَمْدُ لِلَّهِ عَلَى كُلِّ حَالٍ، اَللَّهُمَّ رَبَّ كُلِّ شَىْءٍ وَمَلِيْكَهُ وَإِلَهَ كُلِّ شَىْءٍ أَعُوْذُ بِكَ مِنَ النَّارِ
Əlhəmdu lillahilləzi kəfani və avani, və ət'əməni və səqani, vəlləzi mənnə ələyyə fə-əfdal, vəlləzi ə'tani fə-əczəl. Əlhəmdu lillahi ala kulli hal. Allahummə rəbbə kulli şeyin və məlikəh, və ilahə kulli şey, əuzu bikə minən-nar
Mənə kifayət edən, məni sığınacaqla təmin edən, məni yedirən və içirən, mənə lütf edib üstün tutan və mənə bol-bol verən Allaha həmd olsun! Hər bir halda Allaha həmd olsun! Allahım! Hər şeyin Rəbbi, Sahibi və İlahı! Cəhənnəm odundan Sənə sığınıram.
Reference: Səhih (Albani). Əbu Davud: 5058