Loading...
Language: Azerbaijani
Peyğəmbər (ﷺ) Həsən (r.a) və Hüseyn (r.a) üçün Allaha sığınaraq belə deyərdi:
أُعِيذُكُمَا [أَعُوْذُ] بِكَلِمَاتِ اللَّهِ التَّامَّةِ مِنْ كُلِّ شَيْطَانٍ وَهَامَّةٍ وَمِنْ كُلِّ عَيْنٍ لَامَّةٍ
Sizi hər bir şeytandan, zərərli həşəratdan və hər pis gözdən Allahın tam kəlamlarına həvalə edirəm. Peyğəmbər (ﷺ) buyurur: "Atanız İbrahim (ə.s) İsmayıl (ə.s) və İshaq (ə.s) üçün Allaha sığınaraq bu duanı oxuyardı."
Reference: Buxari: 3371