Loading...
Language: Azerbaijani
Dedi: Allah Rəsulunun (ﷺ) belə dediyini eşitdim: "Bir qul günah edərsə, sonra gözəl şəkildə dəstəmaz alıb qalxar və iki rükət namaz qılar, sonra da Allahdan bağışlanma diləyərsə, Allah onu mütləq bağışlayar." Sonra o, bu ayəni oxudu: "O kəslər ki, bir pis iş gördükdə və ya özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, - günahları Allahdan başqa kim bağışlaya bilər? - və etdiklərini bilə-bilə israr etməzlər. Onların mükafatı Rəbbindən bağışlanma və (ağacları) altından çaylar axan Cənnət bağlarıdır ki, orada əbədi qalacaqlar. (Yaxşı) əməl sahiblərinin mükafatı necə də gözəldir!" (Ali-İmran surəsi, 3:135-136)
Reference: Səhih (Albani). Əbu Davud: 1521