Loading...
Language: Azerbaijani
Abdullah ibn Məsud (r.a) rəvayət edir: "Allah Rəsulu (ﷺ) bizə Namaz üçün Təşəhhüdü və Hacə üçün Təşəhhüdü öyrətdi." O dedi: "Namaz üçün Təşəhhüd budur:
إِنَّ الْحَمْدَ لِلَّهِ نَحْمَدُهُ وَنَسْتَعِينُهُ وَنَسْتَغْفِرُهُ وَنَعُوذُ بِاللَّهِ مِنْ شُرُورِ أَنْفُسِنَا وَمِنْ سَيِّئَاتِ أَعْمَالِنَا، مَنْ يَهْدِهِ اللَّهُ فَلَا مُضِلَّ لَهُ وَمَنْ يُضْلِلْ فَلَا هَادِيَ لَهُ أَشْهَدُ أَنْ لَّا إِلَهَ إِلَّا اللَّهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ حَقَّ تُقَاتِهِ وَلَا تَمُوتُنَّ إِلَّا وَأَنْتُمْ مُّسْلِمُونَ يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ مِّن نَّفْسٍ وَاحِدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالًا كَثِيرًا وَنِسَاءً ۚ وَاتَّقُوا اللَّهَ الَّذِي تَسَاءَلُونَ بِهِ وَالْأَرْحَامَ ۚ إِنَّ اللَّهَ كَانَ عَلَيْكُمْ رَقِيبًا يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَقُولُوا قَوْلًۭا سَدِيدًا يُصْلِحْ لَكُمْ أَعْمَالَكُمْ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَمَنْ يُطِعِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ فَازَ فَوْزًا عَظِيمًا
Həqiqətən, bütün həmdlər Allaha məxsusdur, Ona həmd edir, Ondan kömək diləyir və Ondan bağışlanma istəyirik. Nəfsimizin şərindən və əməllərimizin pisliyindən Allaha sığınırıq. Allah kimi hidayət edərsə, onu heç kəs azdıra bilməz və kimi azdırarsa, ona heç kəs yol göstərə bilməz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və Rəsuludur. (sonra bu ayələri oxuyur) Ey iman gətirənlər! Allahdan layiqincə qorxun və yalnız müsəlman olduğunuz halda ölün; [1] Ey insanlar! Sizi tək bir nəfərdən yaradan, ondan zövcəsini xəlq edən və onlardan da bir çox kişi və qadın törədib (yer üzünə) yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən (haqq) istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə Nəzarətçidir; [2] Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın! (Əgər belə etsəniz) O, əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Kim Allaha və Onun Rəsuluna itaət edərsə, böyük bir uğur qazanmış olar. [3] Sonra o, öz hacətləri (ehtiyacları) barədə danışardı. [4]
Reference: [1] Ali-İmran surəsi: 3:102 [2] Nisa surəsi: 4:1 [3] Əhzab surəsi: 33:70-71 Səhih (Albani) Tirmizi: 1105