Loading...
Language: Azerbaijani
Aişə (r.a) rəvayət edir ki, Rəsulullah (s.ə.s) bu sözlərlə dua edərdi:
اَللَّهُمَّ إِنِّي أَعُوْذُ بِكَ مِنْ فِتْنَةِ النَّارِ وَعَذَابِ النَّارِ، وَفِتْنَةِ الْقَبْرِ، وَعَذَابِ الْقَبْرِ، وَشَرِّ فِتْنَةِ الْغِنَى، وَشَرِّ فِتْنَةِ الْفَقْرِ، اَللَّهُمَّ إِنِّي أَعُوْذُ بِكَ مِنْ فِتْنَةِ الْمَسِيحِ الدَّجَّالِ، اَللَّهُمَّ اغْسِلْ قَلْبِي بِمَاءِ الثَّلْجِ وَالْبَرَدِ، وَنَقِّ قَلْبِي مِنَ الْخَطَايَا كَمَا نَقَّيْتَ الثَّوْبَ الْأَبْيَضَ مِنَ الدَّنَسِ، وَبَاعِدْ بَيْنِي وَبَيْنَ خَطَايَايَ كَمَا بَاعَدْتَ بَيْنَ الْمَشْرِقِ وَالْمَغْرِبِ. اَللَّهُمَّ إِنِّي أَعُوْذُ بِكَ مِنَ الْكَسَلِ وَالْهَرَمِ وَالْمَأْثَمِ وَالْمَغْرَمِ
Allahım! Cəhənnəm fitnəsindən və Cəhənnəm əzabından, qəbir fitnəsindən və qəbir əzabından, zənginliyin şərindən, yoxsulluğun şərindən Sənə sığınıram. Allahım! Məseh Dəccalın şərindən Sənə sığınıram. Allahım! Qəlbimi qar və dolu suyu ilə yuyub təmizlə. Ağ paltarı kirdən təmizlədiyin kimi qəlbimi də günahlardan təmizlə. Mənimlə günahlarımın arasını şərqlə qərbin arası kimi uzaq et. Allahım! Tənbəllikdən, qocalıqdan, günahdan və borcdan Sənə sığınıram.
Reference: Səhih. Tirmizi: 3495