Loading...
Language: Azerbaijani
Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Rəsulullah (s.ə.s) yatmazdan əvvəl bizə belə deməyi öyrədərdi:
اَللَّهُمَّ رَبَّ السَّمَوَاتِ السَّبْعِ وَرَبَّ الْأَرْضِ، وَرَبَّ الْعَرْشِ الْعَظِيمِ، رَبَّنَا وَرَبَّ كُلِّ شَيْءٍ، فَالِقَ الْحَبِّ وَالنَّوَى، وَمُنْزِلَ التَّوْرَاةِ وَالْإِنْجِيلِ، وَالْفُرْقَانِ، أَعُوْذُ بِكَ مِنْ شَرِّ كُلِّ شَيْءٍ أَنْتَ آخِذٌ بِنَاصِيَتِهِ اَللَّهُمَّ أَنْتَ الْأَوَّلُ فَلَيْسَ قَبْلَكَ شَيْءٌ، وَأَنْتَ الْآخِرُ فَلَيسَ بَعْدَكَ شَيْءٌ، وَأَنْتَ الظَّاهِرُ فَلَيْسَ فَوْقَكَ شَيْءٌ، وَأَنْتَ الْبَاطِنُ فَلَيْسَ دُونَكَ شَيْءٌ، اِقْضِ عَنَّا الدَّيْنَ وَأَغْنِنَا مِنَ الْفَقْرِ
Allahım! Yeddi qat səmanın, yerin, Uca Ərşin Rəbbi, bizim Rəbbimiz və hər şeyin Rəbbi! Dəni və çərdəyi yaran, Tövratı, İncili və Furqanı (Quranı) nazil edən (Allahım)! Kəkilindən tutduğun (idarə etdiyin) hər şeyin şərindən Sənə sığınıram. Allahım! Sən Əvvəlsən, Səndən əvvəl heç nə yoxdur. Sən Axırsan, Səndən sonra heç nə yoxdur. Sən Zahirsən, Səndən üstdə heç nə yoxdur. Sən Batinsən, Səndən gizli (və ya Səndən yaxın) heç nə yoxdur. Bizim borcumuzu ödə və bizi yoxsulluqdan xilas et!
Reference: Muslim: 2713, Səhih. Tirmizi: 3481