Loading...
Language: Azerbaijani
Peyğəmbər (s.a.s) buyurdu: Kim gecə oyananda bu sözləri deyərsə, sonra bağışlanma diləyərsə və ya dua edərsə qəbul olunar; dəstəmaz alıb namaz qılarsa namazı qəbul olunar:
لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَىْءٍ قَدِيرٌ اَلْحَمْدُ لِلَّهِ وَسُبْحَانَ اللَّهِ وَلَا إِلَهَ إِلَّا اللَّهُ وَاللَّهُ أَكْبَرُ وَلَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللَّهِ
La ilahə illəllahu vəhdəhu la şərikə ləh, ləhul-mulku və ləhul-həmdu və huvə ala kulli şeyin qadir. Əlhəmdu lillah, və subhanəllah, və la ilahə illəllah, vallahhu əkbər, və la hövlə və la quvvətə illə billah
Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur, Həmd Onadır və O hər şeyə qadirdir! Həmd Allaha məxsusdur! Allah pak və müqəddəsdir! Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur! Allah ən böyükdür! Güc və qüvvət yalnız Allaha məxsusdur! (Sonra: Allahım, məni bağışla - desin)
Reference: Buxari: 1154