Loading...
Language: Azerbaijani
Peyğəmbər (s.a.s) bir nəfərin namazın sonunda təşəhhüddən sonra belə dua etdiyini eşitdi:
اَللَّهُمَّ إِنِّي أَسْأَلُكَ يَا اللَّهُ بِأَنَّكَ الْوَاحِدُ الْأَحَدُ الصَّمَدُ الَّذِي لَمْ يَلِدْ وَلَمْ يُولَدْ وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ أَنْ تَغْفِرَ لِي ذُنُوبِي إِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِيمُ
Allahummə inni əs'əlukə ya Allahu bi-ənnəkəl-vahidul-əhədus-samədulləzi ləm yəlid və ləm yuləd və ləm yəkun ləhu kufuvən əhəd, ən təğfirə li zunubi, innəkə əntəl-ğəfurur-rəhim
Allahım! Səndən istəyirəm, Ey Allah! Çünki Sən Vahid, Əhəd (Tək), Saməd (ehtiyacsız), doğmamış, doğulmamış və tayı bərabəri olmayan Allahsan! Mənim günahlarımı bağışla! Həqiqətən, Sən Bağışlayan və Rəhmlisən!
Reference: Səhih (Albani). Nəsai: 1301