Loading...
Language: Azerbaijani
Ümmü Dərda (r.a) Səfvana (r.a) dedi: Bu il Həccə getmək istəyirsənmi? O dedi: Bəli. Ümmü Dərda dedi: Bizim üçün Allahdan xeyir-dua istə, çünki Peyğəmbər (s.a.s) belə deyərdi: “Müsəlmanın din qardaşı üçün qiyabi (onun xəbəri olmadan) etdiyi dua qəbul olunar. Onun başı üzərində bir mələk durar; o, qardaşı üçün xeyir dua etdikcə mələk deyər: Amin! Sənə də eynisi olsun!”
Reference: Müslim: 2733