Loading...
Language: Azerbaijani
Həsən ibn Əli (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) mənə vitr namazında oxumaq üçün bu sözləri öyrətdi:
اَللَّهُمَّ اهْدِنِيْ فِيمَنْ هَدَيْتَ وَعَافِنِي فِيمَنْ عَافَيْتَ وَتَوَلَّنِيْ فِيمَنْ تَوَلَّيْتَ وَبَارِكْ لِي فِيمَا أَعْطَيْتَ وَقِنِي شَرَّ مَا قَضَيْتَ فَإِنَّكَ تَقْضِي وَلَا يُقْضَى عَلَيْكَ إِنَّهُ لَا يَذِلُّ مَنْ وَالَيْتَ وَلَا يَعِزُّ مَنْ عَادَيْتَ تَبَارَكْتَ رَبَّنَا وَتَعَالَيْتَ
Allahumməhdini fimən hədəyt, və afini fimən afəyt, və təvəlləni fimən təvəlləyt, və barik li fima a'tayt, və qini şərrə ma qadayt, fəinnəkə təqdi və la yuqda əleyk, innəhu la yəzillu mən valəyt, [və la yəizzu mən adəyt], təbarəktə rəbbəna və təaleyt
Allahım! Hidayət verdiyin kimsələr arasında mənə də hidayət ver! Salamatlıq verdiyin kimsələr arasında mənə də salamatlıq ver! Dost qəbul etdiyin kimsələr arasında məni də dost qəbul et! Mənə verdiklərini bərəkətli et! Qəza etdiyin (təqdir etdiyin) şeyin şərindən məni qoru! Həqiqətən, hökm verən Sənsən, Sənə isə hökm olunmaz! Sənin dost etdiyin kimsə zəlil olmaz! [Düşmənçilik etdiyin kimsə də izzətli olmaz!] Rəbbimiz! Sən mübarəksən və ucasan!
Reference: Səhih (Albani). Əbu Davud: 1425